02:31

Paytaxtdakı ictimai iaşə obyektində baş verən ölüm hadisəsi ilə bağlı beş şübhəli şəxs həbs olunub

Lider.com.az istinadən bildirir ki, paytaxtdakı kafelərin birində qeydə alınan və bir nəfərin həyatını itirməsi ilə nəticələnən kütləvi dava-dalaş işi üzrə saxlanılan beş nəfər barəsində həbs qətimkan tədbiri qəbul edilib.

Məsələ ilə əlaqədar Xətai Rayon Məhkəməsi müvafiq qərar çıxarıb.

Məhkəmə instansiyası istintaq qurumunun vəsatətini təmin edərək Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov və Həsən Zülfiqarov haqqında dörd aylıq həbs qətimkan tədbirinin seçilməsinə dair hökm çıxarıb.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittihamlar elan edilib.