03:24

Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisində birinci olub

Lider.com.az istinadən bildirir ki, "Mercedes" təmsilçisinin heyətində çıxış edən italyalı sürücü Kimi Antonelli Formula 1 dünya çempionatının ABŞ Qran-Prisinin qızıl medalına yiyələnib.

Mübarizə Birləşmiş Ştatların Texas ştatının Ostin şəhərində baş tutub.

Fəxri kürsünün digər pillələrində isə "Ferrari" idmançısı Şarl Lekler (Monako) və "Red Bull"un üzvü Maks Ferstappen (Niderland) qərarlaşıblar.

Çempionatın növbəti mərhələsinin oktyabrın 30-dan noyabrın 1-dək Meksika torpaqlarında təşkil olunması nəzərdə tutulub.