
Lider.com.az istinadən bildirir ki, Almaniyanın şimal hissəsində yerləşən Bremerhafen limanından ayrılan "Mein Schiff 3" kruiz gəmisi konteyner daşıyan gəmi ilə toqquşub.
Qəza nəticəsində konteynerdaşıyan gəminin gövdəsinin yan tərəfinə ziyan dəyib və təxminən on metr uzunluğunda deşik yaranıb.
İlkin ehtimallara görə, hadisəyə güclü külək səbəb olub, belə ki, şiddətli hava şəraiti kruiz gəmisinin idarə olunmasını və manevr etməsini çətinləşdirib.
İnsident zamanı xəsarət alanların olmadığı açıqlanıb, lakin kruiz gəmisindəki sərnişinlərin baş verənlərdən güclü psixoloji sarsıntı yaşadıqları qeyd edilir.
Hazırda toqquşmanın başvermə səbəbləri və təfərrüatları araşdırılır.
