03:50

Donald Tramp ABŞ ilə Kanadanın tezliklə ticarət razılaşması bağlayacağını istisna etməyib

Lider.com.az istinadən bildirir ki, Amerika lideri Donald Tramp Kanada dövləti ilə yenilənmiş ticarət sazişinin bir neçə ay ərzində reallaşacağını bəyan edib.

Ağ Evin rəhbəri bu barədə “Fox 2” televiziya kanalına verdiyi müsahibə zamanı danışıb.

Birləşmiş Ştatların prezidenti qeyd edib ki, ehtimal olunan müqavilə hələ Konqresə aralıq seçkiləri keçirilməmişdən öncə də baş tuta bilər.

Dövlət başçısı əsas hədəflərinin tələsmək yox, məhz ABŞ-ın uzunmüddətli iqtisadi mənafelərini təmin edən sənədə imza atmaq olduğunu diqqətə çatdırıb.

Tramp əlavə edib ki, düzgün anlaşmanın əldə olunmasında maraqlıdır, çünki qısamüddətli deyil, uzunmüddətli hədəflərlə düşünür və nəticədə bu razılaşma ölkəsi üçün çox faydalı olacaq.