
Lider.com.az istinadən bildirir ki, oktyabrın 22-dən başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində meteoroloji şərait pisləşib və müxtəlif rayonlarda arabir yağıntılar qeydə alınır.
Oktyabrın 23-də axşam saatlarında sərt hava şəraiti xüsusilə Zaqatala rayonunda özünü büruzə verib, burada bir saatdan çox müddət ərzində şiddətli yağış yağıb.
Güclü yağıntıların təsirindən dağlıq ərazilərdən axan çaylarda suyun səviyyəsi yüksəlib.
Bununla yanaşı, rayonun Yuxarı Tala kəndində təxminən on beş dəqiqə ərzində fındıq ölçüsündə dolu düşüb.
İlkin qiymətləndirmələrə əsasən, təbii hadisə fərdi təsərrüfatlardakı ağaclarda hələ də qalmış alma, armud və digər meyvə məhsullarına ziyan vurub.
Hazırda regionda qeyri-sabit hava rejimi hələ də qalmaqdadır.
