
Lider.com.az istinadən bildirir ki, Cəlilabad rayonunda, Ələt-Astara magistral yolunun yaxınlığındakı açıq sahədə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri səfərbər olunub.
Yanğından mühafizə əməkdaşlarının gördüyü operativ tədbirlər sayəsində alovun daha geniş sahələrə yayılmasına imkan verilməyib və o, tamamilə söndürülüb.
Alevlərin təsiri nəticəsində təqribən 10 hektar ərazidəki quru otlaq və kol-kos örtüyü yanıb.
Həmçinin qeyd edilib ki, yaxınlıqdakı ərazilər alovdan qorunub.
