
Lider.com.az istinadən bildirir ki, Niderland ərazisində hökm sürən "Ostin" qasırğası üzündən KLM aviaşirkəti Amsterdamdakı Sxiphol hava limanından planlaşdırılan 40-dan artıq reysi ləğv etmək məcburiyyətində qalıb.
Oktyabrın 23-də şiddətli külək və leysan xarakterli yağışlar ucbatından 20 aviareys təxirə salınıb, oktyabrın 24-də isə daha 22 uçuşun ləğv edilməsi gözlənilir.
Dayandırılan marşrutlar sırasına Amsterdamdan Cenevrə, London və Bergenə, həmçinin Varşava, Birmingem və Lion istiqamətindən paytaxt Amsterdama edilməli olan səfərlər daxildir.
Bunlarla yanaşı, müxtəlif daşıyıcılara aid onlarla reysin cədvəlində iki saat və daha çox gecikmələr qeydə alınıb.
Bununla belə, Sxiphol hava limanının mətbuat katibliyi təbii fəlakətin aeroportun ümumi iş rejiminə təsirinin hələlik məhdud miqyasda olduğunu açıqlayıb.
