04:09

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisinə və İmam əl-Buxari memorial kompleksinə baş çəkib

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisinə və İmam əl-Buxari memorial kompleksinə baş çəkib

Lider.com.az istinadən bildirir ki, Özbəkistanın Səmərqənd şəhərində baş tutan “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” adlı Ümumdünya Sammiti çərçivəsində “Uşağın gözü ilə dünya” sərgisi açılıb.

Oktyabrın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sözügedən sərgi ekspozisiyası ilə yaxından tanış olub.

Bildirilib ki, tədbir Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi istiqamətində reallaşdırılan islahatlara həsr olunub.

Sərgi uşağın dünyaya gəldiyi andan müstəqil həyata qədəm qoyduğu dövrədək inkişaf mərhələlərini əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir; burada erkən uşaqlıq dövründə səhiyyə, ailələrə sosial yardım, reabilitasiya, inklüziv təhsil və uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nümayiş etdirilir.

Daha sonra Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.

Ona İslam aləminin dahi mütəfəkkirlərindən və hədis elminin ən nüfuzlu simalarından biri olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin tədqiqi və təbliği məqsədilə inşa olunmuş müasir kompleks haçında ətraflı məlumat verilib.

Qeyd olunub ki, həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma tədbirlərindən sonra bu məkan əsaslı mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib və burada yerli zəvvarlar ilə xarici qonaqların qəbul edilməsi, habelə İslam mədəniyyətinin elmi irsinin öyrənilməsi üçün bütün lazımi şərait qurulub.