00:52

Vaşinqtonla London arasında Ukrayna və Tehran xəttində ziddiyyətlər üzə çıxıb

Vaşinqtonla London arasında Ukrayna və Tehran xəttində ziddiyyətlər üzə çıxıb

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Birləşmiş Krallıq arasında Ukrayna böhranı və Vaşinqtonun İrana qarşı ehtimal olunan yeni hərbi addımları səbəbindən fikir ayrılıqları meydana gəlib.

Məsələ ilə əlaqədar “Bloomberg” agentliyi informasiya yayıb.

Qeyd olunub ki, oktyabrın 23-də ABŞ lideri Donald Tramp Böyük Britaniyanın Baş naziri Endi Börnem ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Tramp tərəflərin qlobal münaqişələrə qısaca toxunduqlarını desə də, müzakirənin təfərrüatlarını açıqlamaqdan yayınıb.

Məlumatda göstərilir ki, Britaniya rəsmiləri ABŞ-ın İrana qarşı yeni hərbi kampaniyaya başlaya biləcəyindən narahatlıq keçirirlər. Onların fikrincə, bu cür addım enerji resurslarının təchizatını daha da mürəkkəbləşdirə və inflyasiya təzyiqlərini gücləndirə bilər.

İnsayderlərin verdiyi məlumata əsasən, London hökuməti Tehran böhranının hərbi güclə deyil, diplomatik vasitələrlə nizamlanmasının tərəfdarıdır.

Nəşrin diqqətə çatdırdığına görə, Donald Tramp Birləşmiş Ştatlarda noyabr ayında baş tutacaq aralıq seçkilərindən sonra Yaxın Şərq regionunda yeni hərbi əməliyyatların ola biləcəyinə işarə vurub.

Bundan əlavə, Birləşmiş Krallıq Ukrayna istiqamətində də Vaşinqtonun siyasətinə təsir göstərməyə səy göstərir. Belə ki, London administrasiyası ABŞ-ın Ukrayna lideri Volodimir Zelenskiyə münasibətdə sərt xətt izləməməsində maraqlıdır.