01:34

Yasamalda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Yasamalda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Lider.com.az istinadən bildirir ki, paytaxtın Yasamal rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İnsident Həsən bəy Zərdabi ilə İsmayıl Talıblı küçələrinin kəsişməsində baş verib.

Məlumata görə, “Changan A05” markalı minik avtomobili magistral yolu qarşı tərəfə keçməyə çalışan orta yaşlı kişini vurub.

Toqquşma nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan zərərçəkən təcili yardım briqadasının vasitəsilə tibb müəssisəsinə aparılıb.

Faktla əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.