01:34

U-15 dünya çempionatı: Komandamız Avstraliya seçməsinə məğlub olub

Lider.com.az istinadən bildirir ki, paytaxtımızda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı çərçivəsində Azərbaycan komandası növbəti matçına çıxıb.

Famil Xəlilovun idarə etdiyi kollektiv Avstraliya təmsilçisi ilə qüvvəsini sınayıb.

Hövsan Yarış Kompleksinin ev sahibliyi etdiyi qarşılaşmanın start düdüyü saat 19:30-da çólub.

Futbolçularımız rəqibinə 1:3 hesabı ilə yeniliblər.

Xatırladaq ki, Azərbaycan millisi yarışdakı əvvəlki görüşlərində Şərqi Timor seçməsini 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə üstələmişdi.