01:24

Türkiyə husilərlə hərbi qarşıdurma yaşamaq niyyətində deyil - Yaşar Gülər

Türkiyə husilərlə hərbi qarşıdurma yaşamaq niyyətində deyil - Yaşar Gülər

Lider.com.az istinadən bildirir ki, Türkiyə Səudiyyə Ərəbistanının yanında olduğunu nümayiş etdirsə də, Yəmənin husi qüvvələri ilə birbaşa silahlı münaqişəyə başlamaq fikrində deyil.

Bunu qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülər açıqlayıb.

Onun sözlərinə görə, Səudiyyə Krallığına verilən dəstəyin təməl prinsipi çəkindirici tədbirlərin görülməsidir.

Nazir xüsusi olaraq vurğulayıb ki, husi hərəkatı ilə heç bir hərbi toqquşma olmayacaq.

Yaşar Gülər əlavə edib ki, Ankara Səudiyyə Ərəbistanına məhz Qətərdə tətbiq olunan modelə bənzər dəstək göstərməyi planlaşdırır, lakin bu zaman hər hansı döyüş əməliyyatlarına qoşulmaq nəzərdə tutulmur.

Əsas hədəf bölgədə növbəti gərginlik dalğalarının önünü almaq, həmçinin uzunmüddətli sabitlik və təhlükəsizlik mühitini dəstəkləməkdir.