16:53

PUA zərbələrindən sonra Moskva hava limanlarında sıxlıq müşahidə olunur

PUA zərbələrindən sonra Moskva hava limanlarında sıxlıq müşahidə olunur

Lider.com.az istinadən bildirir ki, reyslərin kütləvi şəkildə ləğv edilməsindən sonra Moskva hava limanlarında böyük sıxlıq qeydə alınıb.

Ötən gün axşam saatlarından etibarən pilotsuz uçuş aparatlarının hücum təhlükəsi üzündən 423 aviareys təxirə salınıb.

Bəzi vətəndaşlar uçuşlarını 13 saatdan artıq gözləməli olub və terminalın döşəməsində yatmağa məcbur qalıblar.

Hava limanlarındakı məhdudiyyətlər Moskva vaxtı ilə səhər saat 5:00-da aradan qaldırılsa da, terminal binalarında hələ də böyük sərnişin basabas qalmaqdadır.

Xatırladaq ki, dünən axşamdan etibarən Ukrayna qüvvələri Moskva şəhərinə qarşı irimiqyaslı dron hücumları təşkil edib və bu səbəbdən paytaxtın bütün hava limanlarında təyyarələrin enməsi və qalxması məhdudlaşdırılıb.