18:15

Əli Əsədov beynəlxalq paralimpiya rəhbərlərini qəbul etdi

Əli Əsədov beynəlxalq paralimpiya rəhbərlərini qəbul etdi

Lider.com.az istinadən bildirir ki, oktyabrın 16-da ölkəmizin Baş naziri Əli Əsədov Azərbaycan Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlərə qatılan xarici dövlətlərin və beynəlxalq qurumların paralimpiya rəhbərləri ilə görüş keçirib.

Nazirlər Kabinetinin məlumatına əsasən, tədbirdə Azərbaycanda idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafının dövlət siyasətində prioritet sahələrdən biri olduğu qeyd edilib, həmçinin bu istiqamətdə qurulan müasir bazadan və qazanılan beynəlxalq uğurlardan söz açılıb.

Otuz illik fəaliyyət dövründə milli paralimpiyaçılarımızın mühüm nailiyyətlərə imza atdığı da söhbət zamanı diqqətə çatdırılıb.

Bundan əlavə, tərəflər yerli və beynəlxalq paralimpiya qurumları arasındakı əlaqələrin daha da gücləndirilməsi, paraidman yarışlarının təbliği, təcrübə mübadiləsinin aparılması və yeni birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.