
Lider.com.az istinadən bildirir ki, Rusiyanın Koqalım şəhərinin hava limanı ilk dəfə olaraq pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə səbəbindən bağlanıb.
Federal Hava Nəqliyyatı Agentliyinin yaydığı məlumata əsasən, Xantı-Mansi Muxtar Dairəsində yerləşən bu aeroportun işinə ilk dəfədir ki, müəyyən məhdudiyyətlər qoyulur.
Bundan əvvəl bölgənin qubernatoru Ruslan Kuxaruk PUA hücumları ehtimalı barədə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, Koqalım yaşayış məntəqəsi paytaxt Moskvadan hava xətti ilə təqribən 2200 kilometr aralıda qərarlaşıb.
