17:36

Surqutdakı qaz emalı zavodu PUA zərbəsindən sonra alovlanıb

Surqutdakı qaz emalı zavodu PUA zərbəsindən sonra alovlanıb

Lider.com.az istinadən bildirir ki, Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut rayonundakı istehsalat sahələrindən birinə pilotsuz uçuş aparatları tərəfindən zərbələr endirilib və nəticədə şiddətli alov qeydə alınıb.

Bölgənin qubernatoru Ruslan Kuxaruk bu hadisə barədə açıqlama yayımlayaraq dronların hücumu ucbatından sənaye müəssisəsində yanğın baş verdiyini təsdiqləyib.

Hücumun nəticələrinin ağırlığını və dəymiş ziyanın xarakterini müəyyənləşdirmək üçün hazırda ərazidə aidiyyəti qurumların mütəxəssisləri araşdırma aparırlar.

Mövcud məlumatlara görə, insidentin əsas hədəfi qismində "Qazprom Pererabotka" strukturuna daxil olan Viktor Çernomırdin adına Surqut kondensatın stabilləşdirilməsi zavodunun yerləşdiyi ehtimal olunur.