17:38

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov 50 yaşını qeyd edir

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov 50 yaşını qeyd edir

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun doğum günüdür.

Zabitanın 50 yaşı tamam olur.

Xatırladaq ki, polkovnik Mövlanov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan qurtarılması uğrunda döyüşlərdə igidlik nümayiş etdirib.

Döyüş əməliyyatları başa çatdıqdan sonra dövlət başçısının sərəncamı ilə o, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, eyni zamanda "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hadrutun azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə mükafatlandırılıb.

Əslən Qubadan olan polkovnik hərbi sahədəki xidməti nailiyyətləri ilə bərabər, həmçinin ordumuzun şəxsi heyətinin peşəkar səviyyədə hazırlanmasına etdiyi mühüm töhfələrlə də seçilir.