
Lider.com.az istinadən bildirir ki, İsmayıllı rayonunda bir nəfərin ölümü, digər iki şəxsin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Balik kəndinin ərazisində qeydə alınıb.
İnsident zamanı "VAZ 2106" markalı minik maşını ilə "DAF" markalı yük avtomobili çırpılıb. Toqquşma nəticəsində 64 yaşlı Yasər Sadıqov dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Bərdə sakini Tural Alişov və 1997-ci il təvəllüdlü Ağdam sakini Orxan Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd olunan faktla əlaqədar cinayət işi açılıb və zəruri araşdırmalar davam etdirilir.
