
Lider.com.az istinadən bildirir ki, günorta saatlarında İsmayıllı rayonunun Balik kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İnsident zamanı "VAZ 2106" markalı nəqliyyat vasitəsi "DAF" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin 64 yaşlı sürücüsü Yasər Sadıqov həyatını itirib, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məsələ ilə əlaqədar cinayət işi qaldırılıb və müvafiq araşdırmalara başlanılıb.
