17:37

Bakı 2027-ci ildə Dünya Bankının qlobal tədbirinə ev sahibliyi edəcək

Bakı 2027-ci ildə Dünya Bankının qlobal tədbirinə ev sahibliyi edəcək

Lider.com.az istinadən bildirir ki, Dövlət Müəssisələri üzrə Qlobal Konfransının növbəti iclasının 2027-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində reallaşdırılması nəzərdə tutulur.

Sözügedən qərar və bu istiqamətdə görülən işlər Azərbaycan nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə baş tutan görüşündə diqqətə çatdırılıb.

Tərəflər arasında konfransın Bakıda təşkili ilə bağlı artıq ilkin razılaşmanın əldə olunduğu və cari ildə hazırlıq işlərinə start verildiyi diqqətə çəkilib.

Maliyyə nazirinin birinci müavini Anar Kərimov toplantı zamanı respublikamızda dövlət müəssisələrinin fəaliyyətinin izlənməsi və onların maliyyə hesabatlarının araşdırılması istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb, həmçinin bu sahədə qurumun göstərdiyi texniki yardımı yüksək qiymətləndirib.

Bundan əlavə, görüşdə iştirakçılar ölkəmizlə Dünya Bankı arasındakı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarını da ətraflı nəzərdən keçiriblər.