
Lider.com.az istinadən bildirir ki, qadınların sağlamlığının mühafizəsi və çətin məqamlarda onlara maliyyə yardımının göstərilməsi mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə "PAŞA Həyat Sığorta" tərəfindən yeni həyat sığortası növü yaradılıb.
Adıçəkilən "GüclüSən" adlı təminat vasitəsi süd vəzi xərçəngi xəstəliyinə tutulan xanımlara 30 min manat həcmində sığorta ödənişi verilməsini nəzərdə tutur.
Təqdimat mərasimində qurumun İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, təşkilatın digər təmsilçiləri, eləcə də müxtəlif tibb mütəxəssisləri bir araya gəliblər.
Təqdim edilən sığorta təklifinin başlıca üstünlüklərindən biri xanımlara müstəqil qərar vermək hüququ tanınmasıdır, çünki əldə edilən sığorta məbləği təkcə müalicə xərcləri ilə məhdudlaşmır və xanımlar bu maliyyə vəsaitindən dünyanın istənilən ölkəsində və tibb müəssisəsində müalicə olunmaq üçün yararlana bilərlər.
