
Lider.com.az istinadən bildirir ki, Ermənistan Azərbaycanla enerji istiqamətində əlaqələri genişləndirmək niyyətindədir.
Rusiya Enerji Həftəsi tədbiri çərçivəsində təşkil olunan "“3+3” platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” adlı dəyirmi masada çıxış edən Metsamor Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan bu barədə məlumat verib.
O, Ermənistanın digər sərhəd qonşuları ilə olan enerji əlaqələrinin gələcəyindən bəhs edib və Azərbaycanla bağlı mövzuya toxunaraq əvvəllər həyata keçirilmiş yanacaq ötürülmələrini xatırladıb, həmçinin qarşıdakı dövrdə elektrik enerjisinin də ixrac olunmasının ehtimal edildiyini diqqətə çatdırıb.
Erməni nümayəndə vurğulayıb ki, İrəvan İran və Gürcüstanla yanaşı, gələcəkdə Azərbaycanla da enerji sahəsində tərəfdaşlığı irəliyə aparmaq niyyətindədir.
