
Lider.com.az istinadən bildirir ki, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından kənarlaşdırılıb və bu xüsusə müvafiq qərar YAP İdarə Heyətinin toplantısında qəbul olunub.
Bununla yanaşı, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının yenilənmiş tərkibi müəyyənləşdirilib və məlum olub ki, Ramiz Mehdiyev həmin şuraya daxil edilməyənlər sırasındadır.
Qeyd edək ki, sözügedən yığıncaq partiyanın VIII Qurultayından sonra baş tutan ilk İdarə Heyəti iclasıdır.
