17:38

Şəhid ailələri və əlilliyi olan şəxslərə vəsaitlərin verilmə müddəti artırıldı

Şəhid ailələri və əlilliyi olan şəxslərə vəsaitlərin verilmə müddəti artırıldı

Lider.com.az istinadən bildirir ki, dövlət başçısı İlham Əliyev “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” ölkə Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə yeni sərəncam imzalayıb.

Qəbul olunan sənədə əsasən, hərbi əməliyyatlar nəticəsində əlil olmuş vətəndaşların, həmçinin şəhid ailələrinin mənzil, fərdi evlər, habelə reabilitasiya xidmətləri və vasitələri ilə təmin olunması prosesi 2022-2029-cu illər ərzində yaranan dövlət icbari şəxsi sığorta vəsaitləri vasitəsilə icra ediləcək.

Xatırladaq ki, əvvəlcki qaydalara görə həmin maliyyələşmə müddəti 2026-cı ilədək olan dövrü əhatə edirdi.