00:02

Avropa İttifaqı daxilində Kiyevə əlavə 70 milyard avroluq yardım məsələsində fikir ayrılığı baş qaldırıb

Avropa İttifaqı daxilində Kiyevə əlavə 70 milyard avroluq yardım məsələsində fikir ayrılığı baş qaldırıb

Lider.com.az istinadən bildirir ki, Ukrayna lideri Volodimir Zelenskinin əlavə 70 milyard avro həcmində maliyyə dəstəyi istəməsi Avropa İttifaqı üzvü olan dövlətlər arasında ziddiyyətlərə yol açıb.

Mətbuatda dərc edilən məlumatlara əsasən, bəzi Avropa ölkələri Kiyevə yeni kreditin verilməsində iştirak etməkdən boyun qaçırıblar.

İnsayderlər qeyd edirlər ki, ittifaqın rəsmi şəxsləri tələb olunan maliyyənin hansı mənbələrdən ödəniləcəyini hələ də dəqiqləşdirə bilmirlər.

Avropa Şurasının rəsmilərindən biri vəziyyəti şərh edərkən «Biz bu vəsaiti haradan tapacağımızı bilmirik» söyləyib.

Diqqətə çatdırılır ki, mövcud şəraiti mürəkkəbləşdirən əsas məqamlardan biri də Aİ-nin bir müddət əvvəl Ukraynaya yaxın iki il ərzində ödənilməsi nəzərdə tutulan 90 milyard avroluq paketi təsdiqləməsidir.

Məlumata əsasən, Macarıstan, Slovakiya və Çexiya yeni kredit layihəsində yer almaqdan imtina ediblər.

Eyni zamanda İspaniya, İtaliya, Fransa, Polşa və Yunanıstanda yaxınlaşan seçki kampaniyaları səbəbindən Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması olduqca həssas siyasi məsələ kimi qiymətləndirilir.