
Lider.com.az istinadən bildirir ki, Kolumbiyanın cənub-qərb hissəsində qeyri-qanuni istismar olunan qızıl mədənində uçqun qeydə alınıb.
“Caracol” telekanalının yaydığı informasiyaya əsasən, bədbəxt hadisə Narino departamentinin Santa-Barbara bələdiyyəsinin torpaqlarında baş verib.
Departamentin sülh və insan hüquqları üzrə katibi Aleks Qonsalesin sözlərinə görə, qəza səbəbindən bir qrup fəhlə torpaq və qayalar altında qalıb.
O, “Hazırda doqquz nəfərin həlak olması barədə məlumatımız var”, – deyə vurğulayıb.
Insident bölgəsində xilasetmə və axtarış tədbirləri səngimir, lakin relyefin mürəkkəbliyi və təhlükə riskləri əməliyyatların gedişinə mane olur.
Telekanalın təqdim etdiyi məlumata görə, qurbanların ümumi sayının 12-15 nəfərə yüksəlməsi də istisna olunmur.
