
Lider.com.az istinadən bildirir ki, İrlandiya və Almaniyanın Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıblar.
Buna səbəb kimi Avropa İttifaqı ölkələrinin liderlərinin İrana qarşı çıxışları, həmçinin Almaniya rəsmilərinin ölkə ünvanına səsləndirdikləri bəyanatlar göstərilib.
Qeyd edilib ki, Aİ Şurasına sədrlik edən dövlətin nümayəndəsi, İrlandiyanın Tehrandakı səfiri Aydin Kuni qurumun qəbul etdiyi bəyanata etiraz olaraq Xarici İşlər Nazirliyinə dəvət olunub.
Eyni zamanda, Almaniya diplomatik missiyasının rəhbəri Aksel Dittman da alman rəsmilərinin Tehrana qarşı irəli sürdükləri əsassız ittihamlarla əlaqədar nazirliyə çağırılıb.
İran xarici işlər nazirinin köməkçisi və Qərbi Avropa İdarəsinin baş direktoru Əlirza Yusifi Almaniya səfiri ilə görüşdə bəzi alman rəsmilərinin mövqeyinə qarşı ölkəsinin sərt narazılığını ifadə edib.
