03:14

Niko Kovaç: Qarşıdakı matçın açıq-aşkar favoriti bizik

Niko Kovaç: Qarşıdakı matçın açıq-aşkar favoriti bizik

Lider.com.az istinadən bildirir ki, UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində "Sabah" və "Borussiya" klubları üz-üzə gələcəklər.

Oyunqabağı təşkil olunan mətbuat konfransında Dortmund kollektivinin çalışdırıcısı Niko Kovaç fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu, onun Azərbaycan paytaxtına artıq ikinci səfəridir və ölkəmiz son dərəcə gözəldir.

Mütəxəssis rəqibi hərtərəfli təhlil etdiklərini, əllərində yetərincə məlumatın olduğunu və qarşıdakı matçda yalnız qələbə hədəflədiklərini vurğulayıb.

"Bizi çətin qarşılaşma gözləyir. Mübariz futbol sərgiləyəcəyik. Mütləq bu görüşdə qələbə qazanmalıyıq. Heyətdə zədəli futbolçular olsa da, matça ciddi hazırlaşmışıq", - deyə o bildirib.

Baş məşqçi "Sabah"a böyük hörmət bəslədiklərini qeyd etsə də, komandasını matçın birmənalı olaraq favoriti hesab etdiyini gizlətməyib.

O əlavə edib ki, əksini iddia etmək səmimi olmazdı, baxmayaraq ki, yaşıl meydanda statusun o qədər də böyük önəmi yoxdur.

Kovaç qələbə qazanmaq üçün kifayət qədər potensiallarının olduğuna əminliyini ifadə edərək, hər şeyin oyun zamanı bilinəcəyinə və sonda uğur qazanacaqlarına ümid etdiyini söyləyib.