03:49

Xarkovda parka hücum zamanı ölənlərin sayı artıb

Xarkovda parka hücum zamanı ölənlərin sayı artıb

Lider.com.az istinadən bildirir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsində yerləşən istirahət parkına təşkil etdiyi pilotsuz uçuş aparatı hücumu nəticəsində həyatını itirənlərin miqdarı altı nəfərə yüksəlib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun yaydığı məlumata görə, qurbanlar arasında üç azyaşlı da var.

Yerli medianın xəbərinə əsasən, insident oktyabrın 19-da təqribən saat 16:30 radələrində qeydə alınıb və bu zaman ərazidə çoxlu sayda insan, o cümlədən uşaqlı ailələr dincelirmiş.

Xarkov Vilayət Prokurorluğunun ilkin qənaətinə görə, zərbə “Geran-3” markalı PUA vasitəsilə endirilib.

Fəlakət nəticəsində azı 15 sakin müxtəlif dərəcəli xəsarətlər alıb ki, onların da yeddisi uşaqdır.

Hadisə baş verən əraziyə dərhal xilasetmə dəstələri, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər edilib.