
Lider.com.az istinadən bildirir ki, İsveçrənin "SWISS" aviaşirkətinə məxsus Sürixdən Şanxaya uçuş həyata keçirən sərnişin layneri Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş reallaşdırıb.
Bu barədə məlumatı paytaxt hava limanının mətbuat xidməti təqdim edib.
Açıqlamaya əsasən, oktyabrın 19-da SWR-188 marşrutu üzrə hərəkətdə olan təyyarənin komandiri sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı hava limanına enmək üçün icazə istəyib.
"Airbus A350-900" markalı təyyarə yerli saatla 19:21-də sözügedən aeroportda müvəffəqiyyətlə yerə enib.
Enişdən dərhal sonra xəstələnən sərnişinə hava limanının tibb işçiləri tərəfindən zəruri ilkin yardım göstərilib.
Uçuşun sonrakı mərhələsi ilə bağlı qərarı isə hava gəmisinin kapitanı qəbul edəcək.
