00:38

Donald Tramp Nyu-Meksiko ştatının adını dəyişib "Nyu-Amerika" qoymağı təklif edib

Donald Tramp Nyu-Meksiko ştatının adını dəyişib "Nyu-Amerika" qoymağı təklif edib

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkədəki Nyu-Meksiko ştatının adının dəyişdirilərək "Nyu-Amerika" edilməsi barədə təşəbbüslə çıxış edib.

Dövlət başçısı bu barədə özünün "Truth Social" platformasındakı hesabında yazıb.

Amerikalı lider qeyd edib: "Nyu-Meksiko dərhal adını Nyu-Amerika olaraq dəyişdirməlidir. Biz Meksika deyilik, biz Amerika Birləşmiş Ştatlarıyıq!"

Siyasətçinin qənaətincə, bölgənin adının dəyişdirilməsi onun çəkisini və iqtisadi dəyərini yüksəldə, eləcə də sakinlərinin qazancına müsbət təsir göstərə bilər.

Hələlik bu təkliflə bağlı hər hansı rəsmi hüquqi prosedura start verildiyi barədə heç bir məlumat mövcud deyil.