
Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının lideri Donald Tramp Rusiyada həbsdə olan amerikalılardan birinin tezliklə sərbəst buraxılma ehtimalından danışıb.
Məsələ ilə əlaqədar Ağ Evdə mətbuat nümayəndələrinin suallarını cavablandıran dövlət başçısı həmin şəxsin kimliyini açıqlamayıb.
Onun sözlərinə görə, rəsmi Vaşinqton bu məhbusun azad edilməsi yönündə uzun müddətdir ki, iş aparır və bu istiqamətdə tədbirlər onun yenidən prezident kürsüsünə oturmasından öncə də həyata keçirilirdi.
Dövlət başçısı qeyd edib: “Görək nə olacaq. Bu, çox tezliklə baş verəcək”.
