01:42

Buşehr Atom Elektrik Stansiyasının inşası Rusiya ilə İran arasında nəzərdən keçirilib

Buşehr Atom Elektrik Stansiyasının inşası Rusiya ilə İran arasında nəzərdən keçirilib

Lider.com.az istinadən bildirir ki, Rusiya və İran rəsmiləri Buşehr Atom Elektrik Stansiyasının inşası istiqamətində tərəfdaşlıq perspektivlərini ətraflı nəzərdən keçiriblər.

Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə baş tutan ikitərəfli müzakirələrin yekunları barədə danışarkən bu barədə məlumat verib.

Onun diqqətə çatdırdığına görə, Rusiya hökumətinin başçısı Mixail Mişustin ilə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif arasındakı müzakirələrin mərkəzində enerji sektorunda birgə fəaliyyət və qeyd olunan AES-in tikintisi dayanlıb.

Sözügedən təmaslar Mişustinin Tacikistana iki günə nəzərdə tutulan səfəri çərçivəsində, Şanxay Əməkdaşlıq Təşkilatının xəttilə reallaşacaq tədbir öncəsi baş tutub.

“Kohi Somon” hökumət iqamətgahında baş tutan görüşdə Rusiya tərəfindən iqtisadi inkişaf naziri Maksim Reşetnikov, eləcə də maliyyə, energetika və Xarici İşlər nazirliklərinin yüksək səviyyəli təmsilçiləri də qatılıblar.