03:34

Xarici dövlətlərin uyğunluq sənədlərinin tanınması proseduru təsdiqləndi

Xarici dövlətlərin uyğunluq sənədlərinin tanınması proseduru təsdiqləndi

Lider.com.az istinadən bildirir ki, Nazirlər Kabineti "Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası"nı təsdiqləyib.

Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə birbaşa tanınma halları nəzərdə tutulmayıbsa, digər ölkələrdən gətirilən uyğunluq sənədləri həmin müqavilələrə əsasən həqiqiliyi və şərtlərə uyğunluğu yoxlanılmaqla qəbul edilir.

Beynəlxalq sənədlərdə birbaşa tanınma nəzərdə tutulduqda isə iqtisadi subyekt xarici uyğunluq sənədini uyğunluğu qiymətləndirən qurumlara yox, birbaşa gömrük rəsmiləşdirilməsi zamanı gömrük qurumuna təqdim etməlidir.

Xarici ölkələrdən gələn uyğunluq sənədləri bu qaydalar əsasında tanınmadıqda və ya ümumiyyətlə mövcud olmadıqda, sahibkar həmin məhsulları ölkəyə gətirməzdən əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsini təmin etməyə borcludur.

Sözügedən qayda ölkəyə idxal olunan, barəsində milli texniki reqlamentlər və istinad edilən standartlar qəbul edilmiş mallara tətbiq edilir.

Sənədlərin tanınması prosesi uyğunluğu qiymətləndirən qurumlar tərəfindən icra olunur və təsdiqlənmiş xarici uyğunluq sənədləri sənəddə göstərilən mal vahidinə, mal partiyasına, yaxud seriyalı istehsula şamil edilir.

Xarici uyğunluq sertifikatı və ya bəyannaməsi tərtib edilərkən ölkə ərazisində məhsulun texniki reqlamentin tələblərinə cavab verdiyini yoxlamaq üçün zəruri sınaq laboratoriyası mövcud deyilşə, xarici sınaq nəticələrinin tanınmasına yol verilir.

Bunun üçün həmin sınaq nəticələrini təqdim edən xarici dövlətin laboratoriyasını akkreditasiya edən qurumun Azərbaycanın milli akkreditasiya qurumunun da daxil olduğu beynəlxalq və ya regional akkreditasiya təşkilatının üzvü olması və ya həmin təşkilatla qarşılıqlı tanınma sazişinin olması vacibdir.

Keyfiyyət informasiya sistemi vasitəsilə yaradılmayan və qeydiyyata alınmayan xarici uyğunluq sənədlərinin tanınması, eləcə də onların fəaliyyətinin dayandırılması, bərpası və ya ləğvi barədə qərarların istifadəsinə icazə verilmir.

Xəbər lenti