
Lider.com.az istinadən bildirir ki, Rusiya ilə Ukrayna arasında Oleşki şəhərində məhdud müddətli atəşkəs rejiminin tətbiq olunacağı qərara alınıb.
Bu barədə rəsmi Vaşinqton bəyanat yayıb.
Açıqlamada qeyd olunub ki, bu razılaşmanın əldə olunması Birləşmiş Ştatların birinci xanımı Melaniya Trampın səyləri nəticəsində mümkün olub.
Yerli atəşkəsin oktyabrın 29-dan etibarən qüvvəyə minəcəyi diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, Melaniya Tramp bu barışıq razılaşmasının əldə edilməsi üçün həm Rusiya, həm də Ukrayna liderləri ilə birbaşa təmaslar qurub.
Ağ Evin yaydığı məlumatda ABŞ-ın birinci xanımının sözləri də sitat gətirilib.
Melaniya Tramp bildirib ki, Oleşkidə durum həddindən artıq gərgindir və bu yaşayış məntəqəsi fəlakət həddində olan, cəbhəyanı müharibə şəhəridir: “Orada hələ də qalan sakinlərin böyük qismini təcili tibbi xidmətə, dərman preparatlarına, qida məhsullarına və içməli suya kəskin ehtiyacı olan ahıllar təşkil edir.
Oleşki sakinləri işıqla qıt şəkildə təmin olunur, minalənmiş ərazilər arasında həyatda qalmağa çalışırlar və mütəmadi olaraq hərbi hücumlara məruz qalırlar. Mənim müdaxiləm olmasaydı, şəhərə humanitar yardımın daşınması və qocaların təxliyəsi qeyri-mümkün olardı”.
Xatırladaq ki, Moskvanın nəzarəti altında bulunan Oleşki ölkənin cənub hissəsində, Xerson vilayətində yerləşir. Döyüşlərdən əvvəl bu yaşayış məntəqəsində 24 min sakin qeydiyyatda idisə, hazırda onların sayı təqribən 1700-2000 nəfər civarındadır.
