03:34

Aşqabadda BMT Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan xüsusi guşə ilə təmsil olunub

Aşqabadda BMT Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan xüsusi guşə ilə təmsil olunub

Lider.com.az istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının Aşqabaddakı nümayəndəliyində qurumun yaranması günü ilə əlaqədar rəsmi mərasim təşkil olunub.

Azərbaycanın Türkmənistandakı diplomatik nümayəndəliyi həmin tədbirdə xüsusi stendlə təmsil edilib.

Türkmənistanın xarici işlər nazirinin müavini Mehri Başimova digər diplomatik korpus rəhbərləri və nümayəndələri ilə birlikdə ölkəmizin guşəsini ziyarət edib.

Səfirlik tərəfindən qurulan stenddə respublikamızın qədim tarixi, mədəni irsi, milli ənənələri, habelə turizm və iqtisadi imkanları barədə ətraflı məlumatlar təqdim edilib, eyni zamanda “Made in Azerbaijan” nişanı altında buraxılan mallar sərgilənib.

Qonaqlar nümayiş olunan məhsullar arasında xüsusilə “İstisu” mineral suyuna böyük maraq göstəriblər.

Bundan əlavə, tədbir iştirakçılarına Azərbaycanın milli şirniyyatları və zəngin mətbəxinin təamları təqdim olunub, onlara təamlarımız haqqında ətraflı məlumat verilərək dequstasiyaya dəvət ediliblər.

Eyni zamanda, ölkəmizin mədəniyyətini, xalçaçılıq sənətini, incəsənətini və turizmini əks etdirən rəngarəng kitablar və broşürlər qonaqlara paylanılıb.

Müxtəlif dövlətlərin folklorunun və incəsənətinin nümayiş etdirildiyi proqramda təqdim olunan Azərbaycan milli rəqsləri iştirakçılar tərəfindən xüsusi rəğbət və alqışlarla qarşılanıb.

Xəbər lenti