03:30

Tovuzda mənzildə tək qalan yeddi aylıq körpə xilas olundu

Tovuzda mənzildə tək qalan yeddi aylıq körpə xilas olundu

Lider.com.az istinadən bildirir ki, Tovuz şəhərinin Xəqani küçəsindəki çoxmərtəbəli binalardan birində azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə həmin yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzillərdən birində baş verib və yeddi aylıq körpə giriş qapısının dəmirdən bağlanması nəticəsində içəridə tək qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və təcili tibbi yardım maşını çağırış ünvanına gəliblər.

Nazirlik əməkdaşlarının operativ müdaxiləsi sayəsində körpə sağ-salamat çıxarılaraq həkimlərə təslim olunub və azyaşlının sağlamlığının yerində olduğu bildirilib.

Əraziyə aidiyyəti qurumların nümayəndələri də gəliblər.

Araşdırmalar davam etdirilir.