02:05

Canni İnfantino Azərbaycana minnətdarlığını çatdırıb

Canni İnfantino Azərbaycana minnətdarlığını çatdırıb

Lider.com.az istinadən bildirir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının rəhbəri Canni İnfantino paytaxtımızda təşkil olunan U-15 dünya çempionatı və festivalının startı barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, ölkəmizin Baş nazirinin müavini Samir Şərifovla baş tutan söhbətindən böyük məmnunluq duyduğunu vurğulayıb.

FİFA rəhbəri qeyd edib: Bakıda ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış günü Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovla görüşməkdən məmnun oldum.

O əlavə edib: Bu mühüm gənclər turnirinin həyata keçirilməsində göstərdikləri sıx əməkdaşlığa və dəstəyə görə Baş nazirin müavininə və Azərbaycan dövlətinə səmimi təşəkkürümü bildirirəm.

Sonda Canni İnfantino bildirib: Bu tədbir gənc istedadların inkişafı və özlərini göstərməsi üçün gözəl imkan yaradır. Eyni zamanda, futbolun hər kəs üçün və dünyanın hər yerində olduğunu bir daha təsdiqləyir. Bütün futbolçulara, məşqçilərə və azarkeşlərə unudulmaz təcrübə arzulayıram.