04:29

Gəncədə ailə münaqişəsi qanlı bitdi: ər arvadını bıçaqladı

Gəncədə ailə münaqişəsi qanlı bitdi: ər arvadını bıçaqladı

Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində kəsici alətlə xəsarət yetirilməsi ilə nəticələnən insident qeydə alınıb.

Şəhər sakini olan, 1966-cı il təvəllüdlü X.Məmmədli tibb müəssisəsinə çatdırılaraq bıçaq yarası diaqnozu ilə müalicəyə alınıb və onun səhhətinin hazırda stabil-kafi qiymətləndirildiyi qeyd olunur.

Araşdırmalar zamanı məlum olub ki, qadın həyat yoldaşı, 1965-ci il təvəllüdlü A.Məmmədov tərəfindən aralarında yaranan ailə-məişət münaqişəsi zəminində bıçaqlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən ərinin tutularaq istintaqa təqdim olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Faktla əlaqədar olaraq müvafiq araşdırma aparılır.