02:33

Rusiyada dəhşətli qəza: Qatar mikroavtobusla çırpılıb, ölənlər var

Rusiyada dəhşətli qəza: Qatar mikroavtobusla çırpılıb, ölənlər var

Lider.com.az istinadən bildirir ki, Rusiyanın Uzaq Şərq bölgəsindəki Yəhudi Muxtar Vilayətində sərnişin qatarı ilə mikroavtobusun iştirakıyla baş verən qəza nəticəsində altı nəfər həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə nəqliyyat vasitəsinin dəmiryolu keçidindən hərəkət etdiyi zaman qeydə alınıb.

Mövcud məlumatlara görə, hərəkətdə olan qatar mikroavtobusu vurub və qəzanın digər təfərrüatları hələlik açıqlanmayıb.