03:00

"Yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması başa çatıb

"Yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması başa çatıb

Lider.com.az istinadən bildirir ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın ortaq iştirakı ilə reallaşdırılması nəzərdə tutulan "Yaşıl enerji dəhlizi" təşəbbüsünün texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırdır və dörd dövlətin rəsmi qurumları tərəfindən qəbul olunub.

Məlumat "Green Energy Corridor Power Company" (GECO) tərəfindən hazırlanan investisiya təqdimatında yer alıb.

Hazırlanan sənəddən irəli gələrək, təşəbbüs artıq inkişaf səviyyəsinə qədəm qoyur və qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər, həmçinin son investisiya qərarına gedən yol xəritəsi müəyyənləşdirilib. GECO potensial tərəfdaşları və investorları bu layihəyə qoşulmağa və maraq göstərməyə çağırır.

Təşəbbüs hər birinin gücü 1,3 QVt olmaqla, üç ədəd yüksək gərginlikli sabit cərəyan ötürücü xəttinin ardıcıl şəkildə qurulmasını ehtiva edir. Qrafkiyə əsasən, birinci xəttin 2032-ci ildə, ikincinin 2036-cı ildə, sonuncunun isə 2040-cı ildə işə salınması nəzərdə tutulub.