03:00

Şahmatçılarımız Avropa Klub Kubokunda iki medala yiyələniblər

Şahmatçılarımız Avropa Klub Kubokunda iki medala yiyələniblər

Lider.com.az istinadən bildirir ki, Monteneqronun Budva şəhərində təşkil olunan şahmat üzrə Avropa Klub Kuboku yarışları yekunlaşıb.

Kişi şahmatçıların mübarizəsində ölkəmizi təmsil edən "Vüqar Həşimov" komandası aktivinə 10 xal yazdıraraq onuncu pillədə qərarlaşıb.

Qadınların turnirində mübarizə aparan "Odlar Yurdu" kollektivi də 10 xal toplayaraq üçüncü və dördüncü yerləri bölüşdürüb, lakin əlavə əmsallara görə təmsilçimiz yekun cədvəldə dördüncü sırada yer alıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu Türkiyənin "Baegan Pendik" klubu isə qitə çempionatının qızıl medallarına sahib çıxıb.

Xatırladaq ki, "Vüqar Həşimov" təmsilçisinin üzvü Aydın Süleymanlı birinci lövhədə göstərdiyi fərdi nəticəyə görə bürünc medalla təltif olunub, "Odlar Yurdu"nun idmançısı Gülnar Məmmədova isə dördüncü lövhədə qızıl medal qazanıb.