
Lider.com.az istinadən bildirir ki, ölkəmizi təmsil edən “Judo Club 2012” cüdo kollektivi klublararası Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
Fransanın Paris şəhərində təşkil olunan yarışda debüt edən komandamız Gürcüstanın “Golden Gori” heyətini 4:3 hesabıyla üstələməyi bacarıb.
Xatırladaq ki, sözügedən turnirin əvvəlki çempionu Fransanın PSJ klubudur.
