
Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində bıçaqlaşma insidenti qeydə alınıb.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü şəhər sakini R.Cəfərov xəsarət alaraq tibb müəssisəsinə çatdırılıb.
Zərərçəkənə dərhal zəruri tibbi yardımlar göstərilib və onun səhhəti orta ağır qiymətləndirilir.
Araşdırmalar zamanı məlum olub ki, 49 yaşlı kişi elə qonşusu tərəfindən bıçaqlanıb.
Hələlik insidentin baş vermə səbəbləri və təfərrüatları dəqiqləşdirilməyib.
Faktla əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.
