00:04

Əfqanıstanda 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb

Əfqanıstanda 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb

Lider.com.az istinadən bildirir ki, Əfqanıstan ərazisində 5,2 maqnitudalı zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, təbii fəlakət ölkənin Hindukuş dağlıq massivində hiss olunub.

Seysmik hadisənin episentri təxminən 161 min sakini olan Kunduz şəhərindən 206 kilometr şərq istiqamətində yerləşib.

Yeraltı ocağın 104 kilometr dərinlikdə yerləşdiyi müəyyənləşdirilib.

İlkin məlumatlara görə, yeraltı təkanlar hər hansı bir dağıntıya və ya insan xəsarətinə səbəb olmayıb.