
Lider.com.az istinadən bildirir ki, İngiltərənin “Mançester Siti” komandası maliyyə mexanizmləri qaydalarının pozuntuları səbəbindən külli miqdarda pul cəriməsi və turnir cədvəlindən xal silinməsi təhlükəsi ilə qarşı-qarşıyadır.
Mətbuatda yayılan məlumatlara görə, təşkilata tətbiqi ehtimal edilən ən sərt cəzalardanbiri aktivindən böyük həcmdə xalların çıxarılmasıdır.
Mütəxəssislərin proqnozlarına görə, belə bir sanksiyanın qəbul edilməsi kollektivin mövsümün sonunda elit diviziondan daha aşağı liqaya yuvarlanması ilə nəticələnə bilər.
Qeyd olunur ki, müstəqil ekspertlər qrupu klubun maliyyə nizam-intizamını qəsdən pozması ilə əlaqədar irəli sürülmüş ittihamların əksəriyyətini tamamilə əsaslandırılmış hesab edib.
Araşdırmanın nəticələrinə əsasən, “Mançester Siti” 2009–2018-ci illər aralığında müəyyən ticarət tərəfdaşları ilə sazişlər vasitəsilə gəlirlərini şişirdib, xərclərini isə qəsdən az göstərib.
Bununla yanaşı, təşkilatın maliyyə hesabatlarında ciddi uyğunsuzluqlara yol verdiyi, həm Premyer Liqanın, həm də UEFA-nın iqtisadi normalarını pozduğu, üstəlik yoxlama prosesində əməkdaşlıq tələblərinə tam riayət etmədiyi vurğulanır.
Məlumata əsasən, “Mançester Siti” cari mövsümün əvvəlində oynadığı yeddi matçın hamısında qələbə qazanaraq 21 xalla lider mövqedə qərarlaşıb.
Hələlik son cəzanın dəqiq həcmi barədə hər hansı rəsmi açıqlama verilməyib.
