
Lider.com.az istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərində yerləşən Göroğlu adına Dövlət Atçılıq Sırkində olub.
O, səfər çərçivəsində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin nəzdində fəaliyyət göstərən əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun təqdim etdiyi şouya tamaşa edib.
Kollektiv nümayiş etdirdiyi mürəkkəb tryuklar və rəngbərəng səhnə nömrələri ilə tamaşaçılara xoş anlar bəxş edib.
Bundan əlavə, Türkmənistan Dövlət Sirkinin, eləcə də Arkadağ şəhər Atçılıq Sirkinin artistləri və akrobatları da maraqlı çıxışlarla yadda qalıblar.
