01:10

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzini ziyarət edib

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzini ziyarət edib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərindəki Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində olub.

Baxış zamanı diqqətə çatdırılıb ki, müəssisədə azyaşlıların sağlamlıq durumunun qorunması, fiziki inkişafının təşviqi və bərpası istiqamətində müxtəlif layihələr gerçəkləşdirilir, eləcə də hərtərəfli xidmətlər göstərilir.

Reabilitasiya bölmələri, həmçinin masaj və oyun otaqları ilə tanışlıq əsnasında vurğulanıb ki, mərkəzin işi qabaqcıl beynəlxalq standartlara, tibbi yeniliklərə və ən son müalicə-bərpa texnologiyalarına əsaslanır, eləcə də xüsusi qayğıya ehtiyacı olan balacaların cəmiyyətə inteqrasiyası üçün hər cür imkan mövcuddur.

Özünəməxsus dizaynla qurulan oyun otaqları isə uşaqların əyləncəli vaxt keçirməsinə, kommunikasiya bacarıqlarının inkişafına və psixoloji gərginliyin azalmasına şərait yaradır, həmçinin onlara özlərini güvəndə hiss etməklə yanaşı, potensiallarını reallaşdırmağa dəstək olur.