01:03

Tramp bəyan edib ki, Tehranla anlaşma əldə edilməsə güc tətbiq oluna bilər

Tramp bəyan edib ki, Tehranla anlaşma əldə edilməsə güc tətbiq oluna bilər

Lider.com.az istinadən bildirir ki, Amerika lideri Donald Tramp Tehranla hər hansı bir razlaşmanın bağlanmaması halında həmin dövlətə qarşı hərbi addımların atılmasının istisna edilmədiyini bildirib. Eyni zamanda, o, oktyabrın 25-də İrana hərbi zərbə endirilməyəcəyini elan edib.

Birləşmiş Ştatların rəhbəri "Fox News" televiziya kanalına verdiyi müsahibədə İran istiqamətində iki mümkün ssenarini müzakirə etdiyini diqqətə çatdırıb.

Tramp qeyd edib: "Mən seçim etməliyəm. Onun işini bitirmək çox asan olacaq, yaxud razılaşma əldə edə bilərik".

O, həmçinin ABŞ ilə İsrailin İranla hərbi toqquşması başa çatdıqdan sonra qlobal neft bazarında qiymətlərin geriləyəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, oktyabrın 24-də Ağ Evin başçısı Vaşinqton ilə Tehran arasında ortaq məxrəcə gəlinməyəcəyi təqdirdə İrana qarşı yeni hərbi zərbələrin endirilməsinin mümkünlüyünü dilə gətirmişdi.