
Lider.com.az istinadən bildirir ki, Amerika lideri Donald Tramp Ukrayna böhranının aradan qaldırılması istiqamətində tezliklə müsbət dəyişikliklərin baş verəcəyinə inandığını ifadə edib.
Birləşmiş Ştatların dövlət başçısı bu barədə Miçiqana yollanmazdan əvvəl paytaxt yaxınlığındakı Endryus hərbi aerodromunda media nümayəndələrinin suallarını cavablandırarkən danışıb.
Amerikalı liderə onun xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfərinin səbəbləri ilə bağlı sual ünvanlanıb.
O, “O, bir neçə məsələni müzakirə etmək üçün getmişdi. Bunlardan biri Ukrayna ilə bağlı münaqişədir. Düşünürəm ki, bu məsələdə müəyyən irəliləyiş olacaq”, – deyə bildirib.
Ağ Evin rəhbəri səfər zamanı başqa bir məsələnin də müzakirə olunduğunu diqqətə çatdırıb.
Onun dediyinə görə, keçmiş prezident Co Baydenin hakimiyyəti dövründə uzun müddətdir azadlıqdan məhrum edilən bir şəxsin vətənə qaytarılmasına müvəffəq olunub.
Tramp Ukrayna münaqişəsinin həlli ilə əlaqədar gözlədiyi irəliləyişin detallarını açıqlamaqdan yayınıb.
